Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədən sonra Kanada da təsdiqlədi

İngiltərədən sonra Kanada da təsdiqlədi

Tarix: 10 Dekabr 2020 15:16

Kanadada türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi vaksinin vurulması təsdiqlənib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dekabrın 2-də "Pfizer" və "Biontech" şirkətləri ilə müqavilə bağlanıb və peyvəndin tətbiqi bir neçə gün sonra reallaşacaq. Bununla da, Kanada İngiltərədən sonra vaksinin vurulmasına başlayan ikinci ölkə olacaq.

İlkin mərhələdə ölkəyə 249 min doz, gələn ilin martına kimi ümumilikdə 4 milyon doz peyvənd ixracı nəzərdə tutulub.


Etiketlər:  İngiltərədən sonra Kanada təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ