Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2019 21:56
"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Moldovanın "Sperantsa" klubu sifariş ərizəsini UEFA-ya təqdim edib.
Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda 21 futbolçuya yer verilib.
Qapıçılar: Denis Makoqonenko, Daniil Avdyuşkin, İqor Mostovey
Müdafiəçilər: Mihael Bolun, Bruno Barbosa, Oliver Fula, Tiexi, Stefan Efros, İon Arabaçi
Yarımmüdafiəçilər: Dayron Mendosa, Oprya, Felipe Ponse, Vlad Oprya, Konstantin Sandu, Fabrise Ambassa, Ruslan Kelar, Vladimir Titievski, Alişer Mirzoyev
Hücumçular: İon Draqan, Ferney, Yusuf Doma, Maksim Yurku
Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun sabah Moldovada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq. Görüş yerli vaxtla 21:00-da start götürəcək.