Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstə olmayanlar belə risk altındadır

Xəstə olmayanlar belə risk altındadır

Tarix: 11 Dekabr 2020 07:30

Koronavirus pandemiyasının nəticələrindən biri də ciddi yuxu problemlərinə səbəb olan depressiyadır.

Milli.Az xəbər verir ki, bu barədə həkim, Rusiya Somnoloqlar Cəmiyyətinin rəhbəri Roman Buzunov danışıb.

"Uzunmüddətli stressli vəziyyətdəyik, bütün əhali praktik olaraq stress altındadır. Koronavirus infeksiyası pandemiyası fonunda yuxusuzluq problemimiz var. Üstəlik belə problemlər COVID-19-a yoluxmayanlarda da görünə bilər. Bu, gündəlik rejimin pozulması və fiziki aktivliyin azalması ilə əlaqəlidir.

Bundan əlavə, yuxusuzluq panik atak nəticəsində meydana gələ, mədə yanması və yuxu zamanı tənəffüsün dayanması (apne) isə yatmazdan əvvəl telefon istifadə etmək nəticəsində ortaya çıxa bilər", - Buzunov "Rusiya-1" telekanalının efirində qonaq olarkən deyib.

Özünüzü normal vəziyyətə gətirmək üçün həkim rejim qurmağı, fiziki fəaliyyət əlavə etməyi, günortadan sonra kofein qəbulunu məhdudlaşdırmağı və lazımsız xəbər yükündən imtina etməyi məsləhət görür. (publika.az)

Milli.Az


Etiketlər:  Xəstə olmayanlar belə risk altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ