Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş”da daha bir koronavirusa yoluxma

“Beşiktaş”da daha bir koronavirusa yoluxma

Tarix: 12 Dekabr 2020 11:56

Türkiyənin "Beşiktaş" klubunda növbəti koronavirusa yoluxma qeydə alınıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Super Liqanın XII turunun "Alanyaspor"la dekabrın 13-də keçiriləcək oyunu ərəfəsində test verən İstanbul klubunda bir futbolçuda infeksiya aşkarlanıb.

Testi müsbət nəticə verən oyunçunun adı açıqlanmır. Klubun yaydığı açıqlamada bildirilir ki, bu futbolçu karantinə alınıb və bütün protokol qaydalarına əməl olunur.

Qeyd edək ki, cari mövsümdə "Beşiktaş"ın 10 futbolçusu, həmçinin prezidenti Ahmet Nur Çebi və baş məşqçisi Sərgən Yalçın da infeksiyaya yoluxub.


Etiketlər:  Beşiktaşda daha koronavirusa yoluxma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ