Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: ''ABŞ-da 24 saatdan az bir müddətdə COVID-19-a qarşı pulsuz peyvəndlənməyə başlanılacaq''

Tramp: ''ABŞ-da 24 saatdan az bir müddətdə COVID-19-a qarşı pulsuz peyvəndlənməyə başlanılacaq''

Tarix: 12 Dekabr 2020 13:16

ABŞ-da COVID-19 qarşı peyvəndlənməyə başlanılacaq.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki videomüraciətində bildirib.

Prezident deyib ki, ABŞ-ın Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsi "BionTech" və "Pfizer" şirkətlərinin birgə hazırladığı koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

"Bu gün ölkəmiz tibbi möcüzəyə nail olub. Doqquz ay ərzində təhlükəsiz və təsirli peyvənd yaratmışıq. Bu, tarixin ən böyük elmi nailiyyətlərindən biridir. Ərzaqların Keyfiyyətinə və Dərmanlara nəzarət İdarəsinin "Pfizer" peyvəndini təsdiqlədiyini məmnuniyyətlə elan edirəm", - deyə Tramp videomüraciətində bildirib.

D. Tramp qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvənd istehsal edən ilk ölkədir.

ABŞ Prezidenti bildirib ki, artıq peyvəndlərin bütün ştatlara göndərilməsinə başlanılıb və 24 saatdan az bir müddətdə peyvəndləmə kampaniyasına başlanılacaq.

D. Tramp əlavə edib ki, peyvəndləmə bütün amerikalılar üçün pulsuz olacaq.


Etiketlər:  Tramp ABŞ saatdan müddətdə COVID qarşı pulsuz peyvəndlənməyə başlanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ