Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 15:38
İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil karyerasını MLS-də davam etdirməyə yaxındır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, almaniyalı yarımmüdafiəçi Şimali Amerika klublarından birinə keçməyə ilkin razılıq verib.
Onunla birdən birə üç klub maraqlanır. Bunlar "İnter Mayami", "Di Si Yunayted" və "Los Anceles Qalaksi"dir.
Özilın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. ABŞ təmsilçilərindən biri futbolçunu azad agent kimi heyətinə qata biləcək.
Qeyd edək ki, Məsut Türkiyə "Fənərbağça"sının da maraq dairəsindədir.