Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Proqnozlaşdırılan əkin sahələrinin 91,6 faizində faktiki şum aparılıb

Proqnozlaşdırılan əkin sahələrinin 91,6 faizində faktiki şum aparılıb

Tarix: 12 Dekabr 2020 18:20

Bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, dekabrın 12-dək proqnozlaşdırılan əkin sahələrinin 91,6 faizində faktiki şum aparılıb, 838364,7 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 525386,5 hektar sahədə buğda, 312978,2 hektar sahədə arpa səpilib.

Artıq 27 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 20 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin optimal müddətdə yekunlaşması gözlənilir.


Etiketlər:  Proqnozlaşdırılan əkin sahələrinin faizində faktiki şum aparılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ