Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da aksiyalar zamanı atışma olub, xəsarət alanlar var - VİDEO

ABŞ-da aksiyalar zamanı atışma olub, xəsarət alanlar var - VİDEO

Tarix: 13 Dekabr 2020 10:36

Vaşinqtonda Donald Trampın tərəfdarları ilə əleyhdarları aksiya keçirib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağ Evin yaxınlığında keçirilmiş aksiyalar zamanı toqquşmalar olub. Azı 23 nəfər polis tərəfindən saxlanılıb.

Bundan əlavə, Vaşinqton ştatının Olimpiya şəhərində silahlı qruplar arasında atışma olub. Nəticədə 2 nəfər yaralanıb. yaralıların vəziyyəti barədə hər hansı məlumat verilmir. Bir nəfər şübhəli şəxs saxlanılıb. 

Qeyd edək ki, Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinə etiraz edirlər. Onlar nəticələrin Co Bayden tərəfindən saxtalaşdırıldığını iddia edirlər.


Etiketlər:  ABŞ aksiyalar zamanı atışma olub xəsarət alanlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ