Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 11:12
Bir güllənin izi ilə birinci Qarabağ müharibəsindən ikinci Qarabağ müharibəsinə gəlib çıxıb türkiyəli həmkarımız. 1990-cı illərdə TRT-nin müxbiri kimi Azərbaycana ezam olunub Ali Doğan. Ali bəy bizim efirə o dövrlər haqqındakı təəssüratlarını bölüşüb.
Millətimizin Zəfər gününü qeyd etdiyi bu ərəfədə Ali Doğan da öz növbəsində bizi 1-ci Qarabağ müharibəsindən ona əmanət verilən bir hədiyyə ilə təbrik edir. O hədiyyə ki, işğal tarixindən qələbə tarixinə qədər yol gəlib.
İndi həmkarımız o güllələri ona hədiyyə edən əsgərin sorağındadır. Tapanda əmanətini özünə qaytaracaq və deyəcək ki, bu güllələr boşuna atılmamışdı, əziz əsgər, Qələbəmiz mübarək olsun!
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: