Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 20:20
Bakı. Trend:
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Abu-Dabi Qran Prisinin qalibi olub.
Trend-in məlumatına görə, yarışı ikinci yerdə "Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas, üçüncü yerdə isə onun komanda yoldaşı britaniyalı Lyuis Hemilton başa vurub.
"Formula-1" üzrə Abu-Dabi Qran Prisi cari mövsümün sonuncu mərhələsi idi. Xatırladaq ki, Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin etmişdi.