Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 22:40
"Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq lazımdır. Azərbaycan indi daha güclüdür, bu vəziyyətlə barışmaq məcburiyyətindəyik"
Sonxeber.net bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik etdiyi Təhlükəsizlik Şurasının iclasında belə deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, təmas nöqtələri tapmağa çalışmaq lazımdır.
N.Paşinyan müharibə üzrə İstintaq Komissiyası yaratmağa hazır olduğunu da bəyan edib.
Nikol Paşinyan onu da bildirib ki, xalq məhkəməsi qarşısında durmağa hazırdır, amma istefa verməyəcək.