Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 13:54
Bakı. Trend:
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidova soyğunçuluğa məruz qaldığını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar aparılan araşdırmalarla naməlum şəxsin aprelin 23-də saat 19 radələrində Ə.Ələkbərov küçəsində yaşadığı evin girişində həmin qadının içərisində bankomat kartları və sənədləri olan pulqabısını alıb apardığı məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Səxavət Rəhimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin