Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6 ayda istehsalatda bədbəxt hadisələr nəticəsində 24 nəfər ölüb - Nazir müavini

6 ayda istehsalatda bədbəxt hadisələr nəticəsində 24 nəfər ölüb - Nazir müavini

Tarix: 11 Iyul 2019 12:30

Bakı. Samir Əli - Trend:

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3964 şikayət ərizəsi, hüquqi şəxslərdən isə 3 min 106 məktub daxil olub.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

Nazir müavini qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən 708 vətəndaş fərdi qaydada qəbul edilib: "6 ay ərzində vətəndaşların 52 min manata qədər gecikdirilmiş sosial ödənişlərin ödənilməsi təmin edilib. Qanunsuz işdən çıxarılmış 77 nəfər isə əvvəlki iş yerlərinə bərpa olunub. Dövlət qurumları və vətəndaşların müraciətləri əsasında 282 hüquq pozuntusu aşkarlanıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib, 94 nəfər xəsarət alıb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ayda istehsalatda bədbəxt hadisələr nəticəsində nəfər ölüb Nazir müavini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ