Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp ailəsi Ağ Evdən sonra orada yaşayacaq

Tramp ailəsi Ağ Evdən sonra orada yaşayacaq

Tarix: 14 Dekabr 2020 19:20

ABŞ-da keçirilən prezident seçkilərində rəqibi Co Baydenə məğlub olan Donald Tramp Ağ Evlə vidalaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, birinci xanım Melaniya Trampla Vaşinqtodan Floridaya köçəcək.

20 yanvarda baş tutacaq inauqurasiya mərasimindən sonra Ağ Evin yeni sahibləri Co Bayden və xanımı Cill Bayden olacaq.

Tramp cütlüyü isə Palma sahillərindəki Mar-a-Lago adlı köşkə yerləşəcəklər. Melaniya 14 yaşlı oğlu Barronu evə sadəcə 40 dəqiqəlik məsafədə yerləşən "Pine Crest" özəl məktəbinə yazdırıb. Təhsil müəssisəsinin illik qiyməti 35 min 150 dollardır.

Milli.Az


Etiketlər:  Tramp ailəsi Evdən sonra orada yaşayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ