Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm…Şəhidlərinin xatirəsinə həsr olunmuş ''Olmayan Bir Müsahibə ...'' (FOTO)

Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm…Şəhidlərinin xatirəsinə həsr olunmuş ''Olmayan Bir Müsahibə ...'' (FOTO)

Tarix: 14 Dekabr 2020 21:39

BAKI, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Ağaqardaş Abbasova həsr edilmişdir...

Bəzi şeylərı anlamaq olmur, sadəcə hiss etmək olar...

- Salam Ağaqardaş.

- Hər vaxtınız xeyir.

- Danışaq, cənab Baş Leytenant?

- Əlbəttə ki (gülümsəyir).

- Sən həyatını hərbçiliyə həsr etmisən. Hətta aprel döyüşlərində iştirak etmisən. Hardandır vətənə bu sevgi?

- Allahdan və atamdan. Həmişə deyirdim ki Şuşaya bayraq taxacam, amma qismət olmadı, təəssüf...

- Sənin bu qəhrəmanlığın Şuşaya o bayrağın sancılmağına ən böyük zəmin idi.

- Mən də çalışıram elə fikirləşim...

- Elədir ki, var. Sən bilirsən ki, qızın olacaq fevral ayında?

- Hə, bilirəm... Elə heyfslənirəm ki, yoldaşımın yanında olmayacağam. Amma bilirəm ki, atam balama baxacaq.

- Atanla danışmışam... O sentyabrın 28-dən noyabırın 4-ə kimi səni axtarıb... Hər gün Zərdab - Füzuli yolu.

- Biz yeddi nəfər idik, neytralda galmışdıq elə sentyabrın 28-i... Şəhid olan günü... Əslində o gün mənim ad günüm idi (gülümsəyir). Yəqin Allaha lazım idim.

- Allah ən yaxşıları yanına çağırır.

- Ola bilər...

- Bir şey soruşum, niyə tarix müəllimi olmaq istəmədin?

- Mənlik deyil (gülür). Bir mahnı var, çalışım sizə bir az oxuyum.

O gün gelecek qəm yemə, qəm yemə.

O, vaxt dönəcəm mən sənə, mən sənə.

Hələ yad əldədi yurdumuz-yuvamız ,

Bitib tükənməyib o qan davamız.

Hay ver mənə cənab leytenant,

Hay ver mənə leytenant.

Xoş müjdəli bir savaşdan,

Pay ver mənə leytenant...

- Deyəsən sevdiyin mahnıdır?

- Bəli, çox bəyənirəm bu mahnını. Bilirsiniz, bu mahnıda mənim ürəyimdə olan hisslər var, onları heç başa sala da bilmirəm. Amma, mən bilən, siz başa düşəcəksiniz niyə tarix müəllimi olmadım.

- Hə, çox yaxşı başa düşürəm. İnsan sevmədiyi işlə məşgul olanda xoşbəxt ola bilməz.

- Əlbəttə ki!

- Ürəyində nə isə qalıb?

- Atama ayın 28-i zənq edə bilmədim, axı mənim ad günüm idi...

- Atan səni o qədər axtarıb ki...

- Atam elə bil ki “Yalan” kinosunu yaşayıb... Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm, mənimlə fəxr etsin, mənim balama baxsın və mənim onun yanında olmamağımı bağışlasın...

Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm…Şəhidlərinin xatirəsinə həsr olunmuş Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm…Şəhidlərinin xatirəsinə həsr olunmuş


Etiketlər:  zülmü vermək istəməzdim amma mən artıq şəhidlik zirvəsindəyəmŞəhidlərinin xatirəsinə həsr olunmuş Olmayan Müsahibə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ