Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ordumuz güclüdür, yenilməzdir'' - FOTO

''Ordumuz güclüdür, yenilməzdir'' - FOTO

Tarix: 14 Dekabr 2020 22:38

Vüsal Mehdiyev Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində ağır döyüş yolu keçən və öz qanı ilə tarix yazan qazilərimizdəndir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Vüsal Ağdaş rayonunun Kükəl kəndində dünyaya gəlib. Üç bacının bir qardaşıdır. Sentyabrın 27-də Ermənistan ordusunun növbəti iri miqyaslı təxribatına qarşı əks-hücum əməliyyatı başlayanda və bununla əlaqədar qismən səfərbərlik elan olunduqdan sonra Vüsal da cəbhəyə yollandı. Ön cəbhədə Silahlı Qüvvələrimizin sıralarında döyüşlərə atıldı. Baş tuşlayıcı olan bu gənc bilik və bacarığını ortaya qoydu, inamla, cəsarətlə vuruşdu və düşmən qüvvələrini məhv etmək üçün əlindən gələni əsirgəmədi. Onun ayıq-sayıqlığı, bacarığı sayəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi.

Ağdərə istiqamətində döyüşlərin birində iyirmi yaşlı Vüsal ağır yaralanıb və sağ qolunu itirib.

İndi qazi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan Böyük Qələbənin sevinci ilə yaşayır. Dekabrın 10-da Bakıdakı Zəfər paradını fərəhlə izləyib. "Ordumuz güclüdür, yenilməzdir. Vətənimizin müstəqilliyi, bütövlüyü, təhlükəsizliyinin etibarlı təminatı Ermənistana bir göz dağıdır" - deyə qazi Vüsal Mehdiyev söyləyir.


Etiketlər:  Ordumuz güclüdür yenilməzdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ