Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 23:33
Aşağı bədən temperaturu koronavirusun gizli simptomu ola bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bildirib.
Onun sözlərinə görə, bu reaksiyaya nadir də olsa rast gəlinir. O, bu simptomun ən çox yaşlılarda və uşaqlarda göründüyünü qeyd edib. Həkim bunu immun sisteminin "sönməsi" ilə əlaqələndirib.
Kondraxin bununla belə, sözügedən əlamətin başqa xəstəliklərlə də əlaqəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzən bədəndə müşahidə olunan aşağı temperatur hipotireozun, onkoloji xəstəliyin, qaraciyər xəstəliklərinin və s. göstəricisi ola bilər.