Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması

Tarix: 15 Dekabr 2020 07:21

Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir:
* trombositlərin miqdarının artması
* trombositlərin fəallığının artması
* qanın fibrinolitik fəallığının azalması
* qanda prokoaqulyantların qatılığının yüksəlməsi
* qanda təbii antikoaqulyantların azalması.
Trombositlərin funksional aktivliyinin artmasına damar divarının zədələnməsi və qanın hərəkət sürətinin yavaşıması səbəb ola bilir. Bundan əlavə orqanizmdə katexolaminlərin miqdarı artdıqda trombositlərin aqressiya və adheziya qabiliyyəti yüksəlir. Katexolaminlərin artmasına aşağıdakılar səbəb ola birir:
* emosional gərginlik
* travmalar
* kəskin ağrı ilə müşayiət olunan xəstəliklər.
Aktiv tromboblastinin yaranması sürətləndikdə qanda olan protrombinin çox hissəsi trombinə çevrilir. Trombin isə həm, fibrinogenin fibrinə çevrilməsini sürətləndirir, həm də qanda olan başqa laxtalanma amillərini aktivləşdirir. Bu trombositlərin aqressiyasına səbəb olur. İnsanın damarlarına birdən-birə çoxlu miqdarda trombositlərin daxil olduqda plazmanın laxtalanma amillərinin çox hissəsi sərfiyyata uğrayır. Bu zaman fibrinogenlər birləşib fibrinə çevrilir, trombositlər də birləşir və mikroaqreqatlar əmələ gətirir. Belə hallarda makroaqreqatlar və mikrotroblar əmələ gəlir. Eyni zamanda fibrinogenin miqdarı azaldığına görə, qan laxtalanmır.
Alkohol intoksikasiyaları, aterorskleroz, şəkərli diabet, hipertoniya və digər bəzi xəstəliklər qanın fibrinolitik fəallığının azalması ilə müşahidə edilir.
Qanın laxtalanma qabiliyyətinin artması fibrinolitik fəallığın zəifləməsi ilə müşahidə edilir. Bu zaman isə qanda laxtalanma artır və trombozların əmələ gəlmə sürəti yüksəlir.


Etiketlər:  Qanın laxtalanma qabiliyyətinin artması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ