Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 10:15
Müğənni Gülay Zeynallı bu gün həbs edilən keçmiş həyat yoldaşı Kamil Zeynallı və qızı Sahilə ilə bağlı duyğusal paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi onların birgə fotosunu sosial şəbəkədə bölüşərək bunları yazıb:
"Qızım, ata əsgər getdi, tez gələcək. Qızımın cavabı: Ay ata, bəs deyirdin müharibə qurtardı. İlk dəfə idi ki, qızıma verəcək cavabım olmadı. Allah heç bir valideyni övladı qarşısında cavabsız etməsin".
Qeyd edək ki, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. İdmançının barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib və onun haqda 30 sutka inzibati həbs qərarı verilib.