Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son döyüşün son şəhidi - VİDEO

Son döyüşün son şəhidi - VİDEO

Tarix: 15 Dekabr 2020 10:28

Özü həyatda olmasa da, xeyli sayda döyüş yoldaşını ölümdən xilas edib...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük müharibənin 43 gününü döyüşüb qəhrəmancasına şəhid olan baş leytenant Teymur Məcidzadədən gedir.

Şəhid zabitimiz döyüş zamanı onlarla əsgərin həyatını xilas edib. Teymur tapdığı yolla ona inanan 100- dən çox əsgəri bir güllə yarası belə almadan təyinat nöqtəsinə çatdırıb.

İqtisad Universitetinin məzunu olan Teymur Məcidzadə Coğrafiya fənni üzrə olimpiada qalibi olub. Döyüş yolunun başladığı Füzulidən, Xocavəndə, Şuşaya qədər hər kəsin yoluna işıq olub. Xəritəni mükəmməl bilməsi bütün vəziyyətlərdə əraziyə tam bələd olmasına imkan verib. Cəmi 8 ay yaşaya bildiyi ata ocağı olan Füzulinin Gecəgözlü kəndindən anasının qucağında çıxan Teymur öz kəndini döyüşərək geri qaytarıb.

Ermənistanın təslim olmasından cəmi bir neçə saat əvvəl Teymur son döyüşün son şəhidlərindən olub.Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanan Teymuru yoldaşları döyüş meydanından çıxarsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Teymurun yerini artıq onlar üçün heç kim doldura bilməz. Tək təsəlliləri torpaqlarımızın geri alınması və Teymurun xilas etdiyi döyüş yoldaşlarının onun haqqında olan xatirələridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  döyüşün şəhidi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ