Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib

Tarix: 15 Dekabr 2020 13:18

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru professor Halit Eren Prezident İlham Əliyevə məktub göndərib.

Sonxeber.net bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Müzəffər Azərbaycan Ordusu tərəfindən strateji əhəmiyyətli Şuşa şəhərinin erməni işğalından azad olunması xəbərini böyük sevinclə qarşıladıq. Bu möhtəşəm Qələbənin Bayraq Günü ərəfəsində qazanılması əlamətdar hadisədir. Böyük Allaha şükürlər olsun. Zati-aliləri, qardaş Azərbaycan xalqını və müzəffər Azərbaycan Ordusunu təbrik etməkdən qürur duyuram.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə parlaq qələbələrə imza atan Azərbaycan Ordusunun 30 il erməni işğalı altında olan Qarabağ bölgəsini qısa zamanda azad etməsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsidir. Vətən müharibəsində şəhid olan hərbçilərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyirəm.

Böyük Allahdan Zati-alinizi, dost Azərbaycanı və İslam dünyasını müharibələrdən və fəlakətlərdən hər zaman qorumasını, xalqınızın sülh və firavanlıq içərisində yaşamasını, müstəqilliyinizin əbədi olmasını diləyirəm".


Etiketlər:  İslam Tarixi İncəsənəti Mədəniyyəti Araşdırmaları Mərkəzinin Baş direktoru Prezident İlham Əliyevə məktub göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ