Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rabitəbank və Maxi.az cəbhəyanı bölgələrə dəstək üçün güclərini birləşdirdi

Rabitəbank və Maxi.az cəbhəyanı bölgələrə dəstək üçün güclərini birləşdirdi

Tarix: 15 Dekabr 2020 13:48

Bakı. Trend:

Vətən müharibəsi dövründə düşmənin qəddarlığından ən çox zərər çəkənlər arasında Bərdə, Tərtər, Gəncə, Şəmkir, Tovuz kimi cəbhəyanı bölgələrdə yaşayan sakinlər oldu. Bu səbəbdən Azərbaycanın aparıcı banklarından biri Rabitəbank və ölkənin ən böyük pərakəndə şəbəkələrindən biri Maxi.az şirkəti cəbhəyanı bölgələrə dəstək məqsədilə birgə əməkdaşlıq layihəsi həyata keçirirlər.

Layihə çərçivəsində cəbhəyanı bölgələrdə yaşayan və rəsmi iş yeri olan vətəndaşlar üçün Rabitəbank nağd pul kreditinin şərtləri sadələşdirdi. Belə ki, illik 18% ilə nağd pul krediti əldə etmək istəyən sakinlər heç bir komissiya və sığorta haqqı ödəməyəcəklər. Kreditin maksimal müddəti 36 ay təşkil edir. Kampaniyadan faydalanan vətəndaşlara həmçinin kreditin ödənilməsi üçün 3 ay güzəşt müddəti də verilir. Xüsusi güzəştli nağd pul krediti yalnız Maxi.az-ın cəbhəyanı filiallarında alış-veriş etmək üçün ayrılır.

Kampaniyaya müraciət etmək istəyən cəbhəyanı bölgə sakinləri Rabitəbankın Ağcabədi, Şəmkir və Gəncə filiallarına yaxınlaşa bilərlər. Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Etiketlər:  Rabitəbank Maxiaz cəbhəyanı bölgələrə dəstək üçün güclərini birləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ