Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 16:28
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç kluba qayıtmasından danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu açıqlamasında bunları deyib:
"39 yaşımda özümü yaxşı hiss etmək üçün daha çox şey etməli olduğumu başa düşürdüm. "Milan"ın çıxışı də mənim həqiqi problemim idi. Komanda zirvədə deyildi.
Uğurlu çıxış edəcəyimə ümid edirdim. "Milan"a 2-ci dəfə gələn hər kəs ilk dəfəki kimi müvəffəqiyyətli ola bilmədi. Bu, mənim problemim idi. Amma özümə dedim: "Zlatan İbrahimoviç olacağam və hər şeyi dəyişdirəcəyəm".
Qeyd edək ki, İbrahimoviç bu mövsüm A Seriyasının 6 matçında 10 qol vurub və 1 qolun ötürməsini verib.