Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi qərar qəbuletmə səlahiyyətinin müddəti artırıla bilər

Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi qərar qəbuletmə səlahiyyətinin müddəti artırıla bilər

Tarix: 16 Dekabr 2020 07:08

Gürcüstan hökumətinin koronavirus pandemiyası dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 6 ay artırıla bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin səhiyyə komitəsinin sədri Dmitri Xundadze məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı yeni qanun layihəsi hazırlanıb.

Komitə sədri bildirib ki, "İctimai sağlamlıq haqqında" Qanuna edilmiş düzəlişlər hökumətə koronavirusun səbəb olduğu ziyanın qarşısını almağa imkan verir. Bu düzəlişlərin vaxtı yanvarın 1-də başa çatır. Həmin düzəlişin müddəti daha 6 ay uzadıla bilər.

"Lakin ümid edirik ki, gələcəkdə düzəlişlərin qüvvədə qalma müddətinin uzadılmasına ehtiyac olmayacaq. İnanırıq ki, 6 ay müddətində COVID-19-a qarşı peyvəndi Gürcüstan üçün əlçatan olacaq", - deyə D.Xundadze vurğulayıb.

Qeyd edək ki, bu ilin iyulunda adıçəkilən qanuna edilən düzəlişlərlə Gürcüstan hökumətinə 2021-ci ilin yanvarın 1-dək ölkə ərazisində fövqəladə vəziyyət tətbiq etmədən məhdudlaşdırıcı tədbirlər həyata keçirmək səlahiyyəti verilib.


Etiketlər:  Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi qərar qəbuletmə səlahiyyətinin müddəti artırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ