Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 12:40
15 gündür Ukraynada yeni karantin qaydalarına və şirkətlərin kassa aparatlarından istifadə etmə məcburiyyətinə qarşı etiraz aksiyaları keçirilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, dünən paytaxt Kiyevdə polislə nümayişçilər arasında gərginlik artıb.
Şəhərin Hirsatik Meydanında çadır qurmaq istəyən vətəndaşlarla hüquq-mühafizə orqanlarının qarşıdurması olub. Hadisə zaman 40 polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, Ukrayna hökuməti vergi məsələsində şəffaflığı təmin etmək üçün özəl və kiçik ölçülü şirkətlərin 1 yanvar 2022-ci il tarixindən etibarən kassa aparatlarından istifadə etmələrini tələb edən bir qanun layihəsi hazırlayıb. Həmçinin ölkədə sərt karantin rejimi 8-24 yanvar tarixlərində tətbiq ediləcək.