Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib (FOTO)

Tarix: 16 Dekabr 2020 18:21

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib.

Aİİ-dən Trend-ə bildirilib ki, “ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunan müsabiqədə Aİİ-nin tələbələri iştirak ediblər.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, bu səpkili müsabiqələrin tələbələrin elmə, maarifləndirici yarışmalara maraqlarının həmçinin, ümumi biliklərinin və dünyagörüşlərinin artırılmasının, vətənpərvərlik duyğularının yüksəldilməsinin, onların öz biliklərini daha çevik şəkildə ifadə etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, iştirakçılara uğurlar diləyib.

Üç turdan ibarət olan müsabiqədə, ümumilikdə, 45 sual səsləndirilib. Suallar “Azərbaycan ədəbiyyatı antalogiyası (nəzm)” kitabında olan şeir nümunələrini əhatə edib. Antalogiya əvvəlcədən tələbələrə təqdim olunub və suallar sözügedən ədəbiyyatda yer alan şeir nümunələrinə uyğun hazırlanıb.

Müsabiqənin sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qaliblər müəyyən edilib, mükafatlandırılıb və onlara diplomlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda pandemiya dövründə də tələbələrin dünyagörüşlərinin artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib (FOTO) - Gallery Image Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib (FOTO) - Gallery Image Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib (FOTO) - Gallery Image Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycan İlahiyyat İnstitutunda Vətənimin şairləri şairlər Vətəni mövzusunda müsabiqə keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ