Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın güləşçimiz bürünc medal qazandı

Qadın güləşçimiz bürünc medal qazandı

Tarix: 16 Dekabr 2020 23:24

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik 5-ci olub.

Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə Elisə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən Elis fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Milli.Az


Etiketlər:  Qadın güləşçimiz bürünc medal qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ