Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 19:24
Bakı. Trend:
Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri start götürüb.
Trend-in məlumatına görə, ilk yarış günündə sərbəst güləş üzrə yığmamızın 3 üzvü xalça üzərinə çıxıb.
Georgi Edişeraşvili gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. 70 kq-da iki təmsilçimiz mübarizə aparıb. İlk mərhələdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov 1/4 finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin