Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 15:00
Erməni quldurlarının müqavimət cəhdləri müharibənin yenidən alovlanmasına səbəb ola bilər, belə təhlükələr var.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, erməni tərəfi, həqiqətən də, partizan müharibəsinə hazırlaşıb:
"Müharibə təhlükəsi olmasaydı. burada nə sülhməramlılar olardı, nə də bizim ordumuz bu regionda güclənməzdi. Hər halda ermənilər tərəfindən buna cəhdlər var. Amma bu cəhdəlrin qarşısı alınır.
Erməni tərəfinin açıqlamalarına diqqətlə fikir versək, görərik ki, belə açıqlamalar müharibə dövründə də olub, ondan əvvəlki dövrdə də. Onlar deyirdilər ki, "Biz bütün variantlara hazırlaşırıq, o cümlədən partizan müharibəsinə də". Görürük ki, erməni tərəfi, həqiqətən də, partizan müharibəsinə hazırlaşıblar. Düşmən hazırda partizan müharibəsinə cəhd göstərir. Amma necə ki, bu müharibənin özü ermənilər üçün heç bir fayda vermədi, eləcə də onların bu partizan müharibəsi də əhəmiyyətsiz bir şey olacaq. Hadisələr də göstərir ki, bunlar baxmayaraq ki, müxtəlif təxribat cəhdləri edirlər, bu cəhdlər də peşəkarlıq nöqteyi nəzərindən çox aşağı səviyyədə hazırlanan cəhdlərdir. Eyni zamanda Azərbaycan Ordusunun, xüsusi xidmət orqanlarının hazırlığını nəzərə almadan onlar bu təxribatlara əl atırlar".
İ.Vəlizadə onu da qeyd edib ki, ermənilər necə ki, bu böyük müharibəyə hazır deyildilərsə, partizan müharibəsinə də hazır deyillər:
"Son vaxtlar əcnəbi ekspertlər, xüsusilə də Rusiya ekspertləri müxtəlif mülahizələr irəli sürürlər. Onlar deyirlər ki, erməni tərəfi müharibəyə hazır deyildi və dəlillər, sübutlar gətirirlər. Ermənilər necə ki, bu böyük müharibəyə hazır deyildilərsə, partizan müharibəsinə də hazır deyillər. Ona görə də düşmənin təxribat cəhdləri hələ olacaq, amma cəhdlərin nəticəsi də uğursuz olacaq. Təxribata cəhd edən bu silahlılar bildiyimiz quldur, terrorçu dəstələridirlər.
"Biz arxayın olmamalıyıq. Nə qədər ki, Ermənistan dövləti bu əməllərdən əl çəkməyəcək, nə qədər ki, bu quldurların havadarları var, nə qədər ki, onlara pul buraxırlar, arxayın olmamalıyıq. Baxın, bir aydır (10 noyabr bəyannaməsindən sonra) orada nəsə yeyirdilər, içirdilər, kimlərsə onları təchiz edirdi. Çox güman ki, onlar muzdlulardır, onlara pul verirlər ki, düşmənin qara işlərini görsünlər. Nə qədər ki, vəziyyət belədir, özümüz öz başımızın altına yastıq qoymamalıyıq".
Təhməz Əsədov