Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müğənnilərin sayı o qədər çoxaldı ki, istəmirdim oğlum da oxusun''

''Müğənnilərin sayı o qədər çoxaldı ki, istəmirdim oğlum da oxusun''

Tarix: 17 Dekabr 2020 16:50

Mən müğənni olanda bu sənətdə az adam var idi. Sənəti adiləşdiriblər. Oxuduğum hər şey tarixə düşürdü.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu szöləri müğənni Tacir Şahmalıoğlu "Birəbirə" proqramında deyib. Sənətçi oğlu Şahmalının ifaçı olmasına etiraz bildirməsinin səbəbini açıqlayıb:

"Oxuya bilən də, bilməyəndə çıxıb səhnəyə. Musiqini bilənlər var, onlara heç nə deyə bilmərəm. Müğənnilərin sayı o qədər çoxaldı ki, istəmirdim oğlum da oxusun.

Pandemiyadan əvvəl görürdüm ki, bu gedişlə musiqi çox ucuzlaşacaq. Bir vaxtlar bizim xalqımız müğənniyə həsrətlə baxırdı. Aylarla gözləyirdilər ki, haradasa müğənni görəcəklər. Amma indi elə deyil. Hamı əlçatandır.

Sonra gördüm ki, Şahmalının istedadı var və ona dəstək olmağa başladım".


Etiketlər:  Müğənnilərin sayı qədər çoxaldı istəmirdim oğlum oxusun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ