Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

Tarix: 11 Iyul 2019 21:20

Bakı. Trend:

Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Məlumata əsasən, ilk partlayış şəhərin girişində olan nəzarət-buraxılış məntəqəsində, ikinci partlayış isə şəhərin mərkəzində baş verib.


Etiketlər:  Afrində iki partlayış baş verib 14 ölü 35 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ