Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücüsüz avtomobil istehsalı başladı - ÇİNDƏ

Sürücüsüz avtomobil istehsalı başladı - ÇİNDƏ

Tarix: 17 Dekabr 2020 21:52

Çinin şərqindəki Şandun əyalətində yerləşən avtomobil istehsalı bazası rəsmi olaraq kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan, 5G texnologiyalarından istifadə edilməklə alternativ enerji mənbələri ilə işləyən sürücüsüz avtomobillərin buraxılışına başlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ekoloji cəhətdən təmiz enerji mənbəyinə malik ilk "ağıllı" avtomobil dekabrın 12-də Şandun əyalətinin inzibati mərkəzi olan Tszinan şəhərinin Layu rayonundakı istehsal xəttində konveyerdən çıxıb.

Avtomobil logistika xidmətində istifadə olunacaq.

Allcheer Intelligent Automobile şirkətinin vəsaiti ilə China Construction Electric Power Construction Co., Ltd tərəfindən inşa edilən ilk istehsal xətti ildə 100 min "ağıllı" avtomobil istehsal edəcək.


Etiketlər:  Sürücüsüz avtomobil istehsalı başladı ÇİNDƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ