Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman çıxacağını elan edib

Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman çıxacağını elan edib

Tarix: 17 Dekabr 2020 22:48

ABŞ hökuməti Huawei-yə qarşı sanksiyalar tətbiq edəndən sonra şirkət HarmonyOS adlı fərdi əməliyyat sistemini təqdim etmişdi. Bu əməliyyat sisteminin ilk versiyası artıq aktiv şəkildə smart televizorlara və müxtəlif məişət texnikasına inteqrasiya edilir. İndi isə Huawei şirkəti HarmonyOS 2.0-ın smartfonlara nə zaman inteqrasiya ediləcəyini açıqlayıb. Bu barədə 4pda saytı xəbər verib.

Huawei şirkətinin təmsilçisi bu məsələ ilə bağlı elanı Weibo sosial şəbəkəsində verib. Onun sözlərinə əsasən HarmonyOS 2.0-ın beta versiyası artıq sabah tərtibatçılar üçün təqdim olunacaq. Bundan əlavə olaraq əməliyyat sisteminin beta versiyasının təqdim olunacağı gün şirkət xüsusi konfrans keçirdəcək və həmin konfransda HarmonyOS 2.0 əsasında tərtibatçılıq alətləri və yenilənmələrin nə zaman təqdim olunacağı üzrə məlumatlar verəcək.

Gözləntilərə əsasən HarmonyOS 2.0-ın beta versiyası sabah Mate 40 seriyasında aktiv olacaq. Bu əməliyyat sistemi perspektiv cəhətdən Kirin 9000, Kirin 990 5G, Kirin 990, Kirin 985, Kirin 980, Kirin 820, Kirin 810 və Kirin 710 prosessorları vasitəsilə çalışan smartfonlarda aktiv ola bilər. Daha əvvəllər şirkət qeyd etmişdi ki, prioritetdə EMUI 11 interfeysi ilə çalışan Huawei smartfonlarıdır.

Milli.Az


Etiketlər:  Huawei şirkəti HarmonyOS smartfonlara zaman çıxacağını elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ