Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 01:32
Türkiyənin hakim Ədalət və İnşaf Partiyası (AK Parti) TBMM-ə yeni təkliflər verib.
Sonxeber.net xəbər verir ki, təklifə əsasən Türkiyədə terror təşkilatlarına qarşı mübarizədə daha bir vacib addım atılacaq.
* Terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün dünya ilə koordinasiya edilərək struktur tənzimləmələr ediləcək. Terror təşkilatlarına maliyyə dəstəyi verənlərin aktivləri qısa müddətdə dondurulacaq.
* Terror təşkilatlarının sosial media hesabları bağlanacaq və bu proses sürətlənəcək.
AKP Qrup Başçı Mehmet Muş bildirib ki, bu qərar 48 saat ərzində məhkəməyə təqdim ediləcək və bundan sonra məhkəmə 5 gün ərzində qərar verəcək. (publika.az)