Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 07:16
"Yüngül koronavirusa yoluxan insanların çıxış imkanlarından yararlanaraq xəstəxanalarda müalicə almasını düz addım hesab etmirəm. Yüngül formalı xəstələr ev şəraitində də müalicə ala bilərlər".
Sonxeber.net bildirir ki, bunu "ölkə.az"a açıqlamasında millət vəkili, tanınmış kordioloq Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, koronavirusun yüngül formasına yoluxan insanlar öz imkanlarından və ya çıxış imkanlarından istifadə etməklə xəstəxanlarda yerləri məşğul etməklə ağır formalı xəstələrin qəbuluna imkan vermirlər.
"İndiki ağır şəraitdə belə insanların hərəkəti xəyanətdir. Xəstəxanalar ağır formalı koronavirus xəstələrini qəbul etmədiyindən sonda acı nəticələrlə üzləşirik. Buna yol vermək olmaz. Xəstəxanalara ilk növbədə ağır formalı xəstələr yerləşdirilməlidir", - deyə millət vəkili bildirib.