Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik son oxunuşda təsdiq edildi

Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik son oxunuşda təsdiq edildi

Tarix: 18 Dekabr 2020 11:42

Bakı. Elçin Mehdiyev – Trend:

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.


Etiketlər:  Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik oxunuşda təsdiq edildi


RƏYLƏR