Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 13:50
Ermənistanda etirazçılar yenidən İrəvan-Gümrü yolunu qapadıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, hadisə yolun Şirak vilayətindən keçən hissəsində baş verib. İtkin düşən erməni hərbi qulluqçularının ailə üzvlərindən ibarət olan aksiyaçılar övladları haqqında məlumat verilməsini tələb ediblər.
Etirazçılar sonradan Nikol Paşinyanın istefası tələblərini də səsləndirməyə başlayıblar. Bundan sonra polisin aksiyaya müdaxilə etdiyi və yolun açıldığı bildirilir. Saxlanılanların olduğu deyilir.