Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 14:14
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden komandasındakı isimləri açıqlamağa davam edir.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Co Bayden bu dəfə daxili işlər, energetika nazirlərinin və ətraf mühiti qoruma ilə bağlı agentliyin rəhbərinin adını açıqlayıb. ABŞ daxili işlər naziri Nümayəndələr Palatasının üzvü Debra Haaland, energetika naziri Miçiqan ştatının qubernatoru Cennifer Qranholm olacaq. Bayden ətraf mühitlə bağlı agentliyə isə Maykl Reyqanı gətirmək niyyətindədir.
Qeyd edək ki, bütün bu postlara təyinat üçün namizədlər Senatda səsvermədən keçirilir. Senat təsdiqlədiyi təqdirdə onlar vəzifə tutacaqlar.