Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 16:44
Efiopiyanın şimalındakı Tiqray regionunda silahlı toqquşmalar davam edir.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, münaqişə zonasından qaçmağa çalışan bölgə əhalisi bidon və vedrələrdən qayıqlar düzəldərək çətin şəraitdə Tekeze çayını keçib Sudana sığınırlar. Ümumilikdə 36 minə yaxın qaçqının Sudana keçdiyi bildirilir. Onların vəziyyəti olduqca ağırdır.
UNICEF beynəlxalq təşkilatı yoxsul Sudanın qaçqınları təmin edə bilməyəcəyini bəyan edərək dünya birliyindən yardım istəyib.