Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xamneyini ''qan tökməyə tövbə etməyə'' çağırdı

Xamneyini ''qan tökməyə tövbə etməyə'' çağırdı

Tarix: 18 Dekabr 2020 18:00

İranda islahatçı qrupa mənsub olan din xadimi ayətullah Mahmud Emcəd müxalif jurnalistin edam edilməsi ilə bağlı İranın ali dini lideri Seyid Əli Xamneyini sərt tənqid edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bir müddət öncə "İslam inqilabına təhdid" ittihamı ilə edam edilmiş müxalif jurnalist Ruhullah Zemi şəhid adlandıran ayətullah Emcəd ölkədə dinc aksiyalarda iştiraka, rejimə müxalif fəaliyyətə və azad sözə görə tökülən qanların məsuliyyətini Xamneyinin daşdığını bildirib.

Xamneyini "qan tökməyə tövbə etməyə" çağıran ayətullah bütün din xadimlərinə törədilən vəhşətə səssiz qalmamaq barədə çağırış edib.

Milli.Az


Etiketlər:  Xamneyini tökməyə tövbə etməyə çağırdı


RƏYLƏR