Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin əsas elmi kəşfi açıqlandı

İlin əsas elmi kəşfi açıqlandı

Tarix: 18 Dekabr 2020 18:56

"Science" jurnalı Moderna və Pfizer-BioNTech RNT peyvəndlərinin yaradılmasını 2020-ci ildə elmi aləmdə əsas kəşf adlandırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə nəşrin saytında məlumat yayılıb.

"Yaxşı bilirdik ki, əsas elmi kəşf bu və ya digər şəkildə mütləq COVID-19 ilə əlaqəli olacaq. Son həftələrdə koronavirus infeksiyasına qarşı ən yüksək təsirli serumların bu şərəfə layiq görüləcəyi aydın oldu" , - elmi jurnalın baş redaktoru Qolden Torp bildirib.

Xatırladaq ki, Çində virusun yayılması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası elan etdi. İnfeksiya bütün dünyaya sürətlə yayıldı, bir çox ölkə xəstəliyin yayılmasının qarşısını almaq üçün sərhədlərini bağlamağa qərar verdi. Ümumilikdə, planetdə bu günə qədər 80 milyondan çox insan COVID-19 infeksiyasına yoluxub. (publika.az)


Etiketlər:  İlin əsas elmi kəşfi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ