Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 19:52
Oktyabrın 11-nə keçən gecə Ermənistan terrorçularının Gəncəyə atdıqları raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirən Sevilin 17 yaşı tamam olur.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Sevil bu əlamətdar günü yaxın qohumlarının əhatəsində onun üçün hazırlanmış tortu kəsərək qeyd edib.
Qeyd edək ki, Sevil hazırda orta məktəbin 11-ci sinfində təhsil alır. Ali məktəbə qəbul olmaq üçün hazırlaşır. Sevilin 9 yaşlı Hüseyn adlı bir qardaşı da var.
Redaksiyadan: Biz də öz növbəmizdə Sevili təbrik edir, ona və qardaşına bundan sonrakı həyatlarında yalnız xoş günlər arzulayırıq. Güclü olun, bilin ki, siz tək deyilsiniz, bütün Azərbaycan xalqı hər zaman yanınızdadır.