Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaginizm xəstəliyi nədir?

Vaginizm xəstəliyi nədir?

Tarix: 19 Dekabr 2020 08:18

Vaginizm xəstəliyi cinsi əlaqə zamanı uşaqlıq yolunun istəksiz əzələlər nəticəsində cinsi birləşmənin tam olaraq təmin olunmamasıdır.

İmmunitet.az xəbər verir ki, vaginizm xəstəliyi, qadınlarda uşaqlıq yolunun 1/3 alt hissəsində yer alan pelvik baza əzələlərinin nəzarətsiz gərginləşməsi nəticəsində cinsi əlaqəyə girməmə problemi kimi xarakterizə olunur. Ümumilikdə normal orqanizmdə vaginal əzələlər insanın öz nəzarəti əsasında fəaliyyət göstərir. Vaginzm xəstəlik deyil, simptomdur.

Vaginizmi digər adla cinsi fobiya olaraq da adlandırmaq olar. Cinsi obiya yəni cinsi münasibətə daxil olmaq qorxusu. Ön münasibət, əlaqə nə qədər uğurlu alınsa da cinsi əlaqə zamanı qadın qorxu içində qalır və davamına icazə vermir. Bu zaman qadın, məsələnin həlli olaraq da münasibəti gecikdirməyi təklif edərək yayınır.

Bəs vaginizmin səbəbi nədir?

İlk olaraq buna səbəb qadının cinsi münasibətə dair artıq və ya əksik yanlış fikirlərə sahib olmasıdır. Bu da uşaqlığa dayana bilər. Yəni uşaqkən şəxsin ana və atadan, çevrədən əldə etdiyi səhv məlumatlar onun bütün ömrünə təsir edir.

Vaginizmin müalicəsi varmı?

Müalicə müxtəlif formalarda aparılır. Buna psixoloji söhbət, terapiya və s daxildir. Burada məqsəd uşaqlıqdan qazanılan yanlış fikirləri dəf etməkdir. Yanlışın yerini doğru məlumatlarla doldurmaq burada əsas rol oynayır.

Bu, cütlük problemidir. Bunu həll etmək qadının deyil ailənin borcudur. Bu səbəbdən cütlüklər bir-birlərini günahlandırmamalı, anlayışla qarşılanmalıdırlar. Nadirən olsa da cərrahi əməliyyata da gərək duyula bilər.


Etiketlər:  Vaginizm xəstəliyi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ