Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 11:10
Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 25 min 152 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 10 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 10 milyonu ötən ikinci ölkədir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 347 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 145 min 136-ya çatıb.
Bildirilir ki, hazırda ölkədə təxminən 308 min aktiv COVID-19 xəstəsi var. İndiyədək 160 milyondan çox test aparılıb. Paytaxt Dehli Hindistanda pandemiyadan ən çox ziyan çəkən bölgədir.
Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.