Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 12:00
İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan emal sənayesi mərkəzlərinə çevriləcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu rayonlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün böyük perspektivə malikdir. Amma aqrar sektorun və bitkiçiliyin daha da inkişaf etməsi üçün bu sahələrdə sistemli və kompleks yanaşma önəmlidir.
Daha bir inkişaf dünyada hər zaman dəyərdə olan qızıl ehtiyatları ilə bağlıdır.
Ekspert Elşad Məmmədov deyib ki, Zəngilanın qızıl yataqları burada mədən sənayesinin inkişafı üçün yüksək perspektivlər vəd edir.
Həm kənd təsərrüfatı, həm də sənaye sektorunda belə qlobal emal komplekslərinin mövcudluğu Azərbaycanın regional sənaye mərkəzi kimi qalmasına real şərait yaradır. Habelə iqtisadi inteqrasiyaya, satış bazarlarının genişlənməsinə də perspektivli yollar açır. Daha bir önəmli faktor isə budur ki, bu sahələrin inkişafı ilə yüksək gəlirli iş yerləri də artacaq.
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: