Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çili Prezidenti ictimai yerdə maska taxmadığına görə cərimələnib

Çili Prezidenti ictimai yerdə maska taxmadığına görə cərimələnib

Tarix: 19 Dekabr 2020 14:40

Çili Prezidenti Sebastyan Pinera ictimai yerdə maska rejimini pozduğuna görə 2,5 milyon peso (3,5 min dollar) cərimə ödəməli olacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Valparaiso regionunun Səhiyyə Nazirliyi özünün "Twitter" səhifəsində yazıb. Qeyd olunub ki, qaydanı pozduğunu dövlət başçısı özü bildirib.

Bundan əvvəl sosial şəbəkədə Çili Prezidentinin çimərlikdə tanımadığı qızla maskasız şelfi çəkdirməsini əks etdirən kadrların yayılması ölkədə böyük rezonans doğurmuşdu.

Con Hopkins Universitetinin məlumatına görə, Çilidə koronavirusa 581 min 135 yoluxma halı qeydə alınıb, 16 min 51 xəstə həyatını itirib.


Etiketlər:  Çili Prezidenti ictimai yerdə maska taxmadığına görə cərimələnib


RƏYLƏR