Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıldı

Ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıldı

Tarix: 19 Dekabr 2020 17:44

Meksikalı arxeoloqlar Tenoçtitlanda ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıblar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, asteklərə aid kütləvi məzarlıqda 119 kəllə sümüyü aşkar edilib.

"Templo Major" məbəd kompleksinin yaxınlığında beş illik qazıntı zamanı alimlər 1486-1502-ci illərə aid 603 kəllə sümüyünü üzə çıxarıblar.

Şəhər küçəsinin üç metr altından tapılan qalıqlar qadın və uşaqlara məxsus olub.

Kəşf olunan yenilik ondan ibarətdir ki, burada bütün kəllələr eyni nöqtəyə baxır. Ancaq alimlər dairənin mərkəzində nəyin yerləşə biləcəyindən məlumatsızdırlar.

Tenoçtitlan (müasir Mexiko) miladi təqvimin 1325-ci ilində qurulub və 500 min nəfərə qədər əhalisi olan o dövrdə Yer üzündə ən böyük şəhər hesab olunur. 1521-ci ildə Ernan Cortezin rəhbərlik etdiyi İspan konkistadorları (XV və XIX əsrlərdə Şimali və Cənubi Amerikaya hərbi və kəşfiyyat məqsədli səfər edən şəxslər) tərəfindən məhv edilib.


Etiketlər:  Ritual qətl qurbanlarına kütləvi məzarlıq tapıldı


RƏYLƏR