Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 18:57
Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.
Əfqanıstanın Azərbaycandakı səfirliyindən Sonxeber.net-a bildirilib ki, səfərin məqsədi Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə fikir mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.
Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.