Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 22:12
Kefirin bilinən və bilinməyən çoxlu faydaları var. Xüsusilə süd məhsulunun olması səbəbi ilə olduqca çox əhəmiyyətlidir.
Mütəxəssislər kefiri gündə 2 stəkan qədər yeməyi məsləhət görürlər. Gündə 2 stəkan içə bilmirsinizsə, öncə 1 stəkan kefir içməyiniz vücudunuza alternativ bir müalicəvi əhəmiyyətə sahibdir.
Bəs kefirin bilinməyən faydaları nədir?
İmmunitet sistemi - Mütəmadi olaraq içdiyiniz təqdirdə immun sisteminiz güclənər. Xüsusilə də ev üsulu hazırlanan kefir... Qrip, soyuqlama zamanı kefir sizi xəstəlikdən qoruyacaq.
Xərçəng xəstəliyi - Mütəmadi istifadə xərçəngə səbəb olan şişlər və hüceyrələrin qarşısını alır. Hüceyrələr sürətlə yenilənir. Həmçinin dəri və orqanizm üçün olduqca əhəmiyyətlidir.
Allergiya- Ev üsulu hazırlanan kefir allergiya və astma xəstəliyinə müsbət effekt verən qidalar sırasındadır.
Sümük inkişafı baxımından kefir olduqca əhəmiyyətlidir. Bunun üçün körpələrə də mütəmadi olaraq kefir yedizdirmək lazımdır.
Əgər yuxu probleminiz varsa yatmazdan öncə 1 stəkan təbii hazırlanan kefir içməyiniz məsləhətlidir. Kefir yuxunuzu tənzimləyərək yuxu keyfiyyətini yüksəldəcək.