Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donald Tramp ABŞ-da COVID-19-la baglı tədbirlərin sərtləşdirilməsinə qarşı çıxıb

Donald Tramp ABŞ-da COVID-19-la baglı tədbirlərin sərtləşdirilməsinə qarşı çıxıb

Tarix: 20 Dekabr 2020 04:04

Bakı. Trend:

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni koronavirus növü ilə əlaqədar olaraq ABŞ-da qapanmaların tətbiq olunmasına qarşı çıxıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti öz səhifəsində Britaniyanın Baş naziri Boris Consonun pandemiya səbəbindən ölkənin bir çox bölgəsində maksimum məhdudiyyətlərin tətbiq edilməsi barədə elanı paylaşaraq şərh yazıb:

"Biz qapanmaları istəmirik. Problemin həlli problemin özündən pis ola bilməz".

Xatırladaq ki, Londonda və Böyük Britaniyanın bir sıra digər bölgələrində koronavirusun yayılması səbəbindən dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.


Etiketlər:  Donald Tramp ABŞ COVID baglı tədbirlərin sərtləşdirilməsinə qarşı çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ